# 2023/1w analiz > Bu həftə bazarda güclü hərəkətlilik gözləmirəm. Fövqəladə hallar baş vermədiyi təqdirdə. **Published by:** [muradqurban358.x](https://paragraph.com/@muradqurban358.x/) **Published on:** 2023-01-03 **URL:** https://paragraph.com/@muradqurban358.x/2023-01 ## Content DYX Zəifləmə dayanıb. Durgunluq (70%) və ya yüksəlmə (30%) gözləyirəm. EUR/USD Durğunluq gözləyirəm (60%). 3-5% düşüş ola bilər. Bazar dalğalanır. Qışın qorxulan kimi keçmədiyini və təbii qaz qiymətlərində olan kəskin ucuzlaşmalar dollar və avroya müsbət təsir göstərir. İqtisadi göstəricilər baxımından amerika daha möhkəm görsənir. İnflasiyanın pik etməsi ehtimalları güclənir. GOLD DYX index-i ilə tərs hərəkət etməyi sevir. Lakin bir müddət her ikisinin yüksəlmək ehtimalı çoxdur. Son zamanların gündəmdə olan mövzusu "Resessiya" dünyanın diqqətini uzun müddətli, təhlükəsiz liman olan qızıla çevirir. OIL Son göstəricilərdə dünyanın əsas neft tədarükçüsü ABŞ olub. Bununla o neft qiymətlərin bahalaşmasının dayandırmaqla, inflasiyanın sürətlə yüksəlməsinin qarşısın alır. Bu il neftin 60-90$ aralığında hərəkətin gözləyirəm. S&P500 Düşən trend davam edir. rekord səviyyələrdə qiymətin itirən hissə sənədləri olsada bazarın yüksəlməyə başlayacağın düşünmək üçün çox tezdir. Lakin dünyanın ən böyük şirkət dəyərlərinin dibsiz quyuya düşməsi kimi bir ehtimalda yoxdur. DYX-in güclənməsinin ABŞ maliyyə bazarlarına müsbət təsir etməsin gözləyirəm. Bu il üçün düşən trendin qırılması möcüzə olmaz. Lakin bu ayı sezonun bitdiyi mənasına gəlməməlidir. TOTAL Kripto valyuta bazarı dib axtarışlarına davam edir. USDT.D usdt indexi sıxışır. Böyük pozisiyalar alamaq üçün gözləmək lazımdır. BTC/USD Bazarda olan həcimsizlik bitcoinin volatilliyin azaldıb. Ani yüksəliş və düşüşlər olacaq. Həcimdən aslı olaraq trend formalaşması haqqında danışmaq olar. Bu il BTC üçün yüksək hərəkətlilik gözləmirəm. ETH/USD Son vaxtlarda bitcoin ilə korelasiyası güclənib. Bu il texnologiyası daha yaxşı olduğu üçün bitcoindən daha yaxşı performans göctərəcəyin gözləyirəm. BTC.D Ayı sezonuna xas olaraq bazarda pul bitcoində toplanır. Lakin əvvəlki sezonlardan fərqli olaraq 50%-dən artıq qalxacağını gözləmirəm. ETH/BTC vacib dirənc xəttindədir. Qırıldığı təqdirdə ETH və layer2-lər güclü bahalaşacaq. ## Publication Information - [muradqurban358.x](https://paragraph.com/@muradqurban358.x/): Publication homepage - [All Posts](https://paragraph.com/@muradqurban358.x/): More posts from this publication - [RSS Feed](https://api.paragraph.com/blogs/rss/@muradqurban358.x): Subscribe to updates - [Twitter](https://twitter.com/muradqurban): Follow on Twitter ## Optional - [Collect as NFT](https://paragraph.com/@muradqurban358.x/2023-01): Support the author by collecting this post - [View Collectors](https://paragraph.com/@muradqurban358.x/2023-01/collectors): See who has collected this post